AZ

Bakıda mənzildən kişi meyiti tapıldı

Bakının Xətai rayonunda mənzildən kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Seçilən
133
49
qafqazinfo.az

10Mənbələr