AZ

Azərbaycan millisinin voleybolçuları Rumıniya Kubokunun qalibi olublar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Yelizaveta Ruban və Olena Xarçenko, kişilərdən ibarət yığmanın hücumçusu Andrey Melnikov Rumıniya Kubokunun qalibi olublar.

AZƏRTAC xəbər verir ki, Y.Ruban ilə O.Xarçenko “Alba Blaj”ın qadın, A.Melnikov isə “Korona Brasov”un kişi komandasının heyətində ölkə kubokuna sahib çıxıblar.

Qeyd edək ki, final matçında “Alba Blaj” “Voluntari”ni, “Korona Brasov” isə “Munisipal Zalau”nu 3:1 hesabı ilə məğlub edib.

Seçilən
106
4
yeniazerbaycan.com

6Mənbələr