AZ

Rusiyada binanın damından ətrafa atəş açan şəxs zərərsizləşdirilib

Rusiyanın Murmansk şəhərində naməlum şəxs Kolski prospekti, 10 saylı binanın damından ətrafa odlu silahdan atəş açmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə Murmansk qubernatoru Andrey Çibis bildirib.

Onun sözlərinə görə, hadisə yerinə “SOBR” xüsusi təyinatlı polisləri cəlb edilib və ərazi mühasirəyə alınıb. Qubernator insidentlə bağlı sakinlərə müraciət edərək hər kəsdən sakit olmağı və əsas təhlükəsizlik tədbirlərini görməyi xahiş edib.

Bir müddət sonra atəş açan şəxs “SOBR”ın snayperi tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
212
14
report.az

10Mənbələr