AZ

“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 40%-dən çox artıb - HESABAT

“Meqa Həyat Sığorta” 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 1 milyon 524 min manat xalis mənfəətlə yekunlaşdırıb. 2023-cü ildə isə 1 milyon 86  min manat xalis mənfəət əldə etmişdi. Bu da o deməkdir ki, "Meqa Sığorta" şirkətinin mənfəəti son bir il ərzində 437,9 min manat (40,3%) artıb.

Bu dövrdə sığorta şirkəti təqribən 381 min manata yaxın mənfəət vergisi ödəyib.

image

 

Seçilən
65
1
fed.az

2Mənbələr