AZ

Ombudsman bəyanat yayıb

Azərbaycanlıların Soyqırımı Günü - 31 mart ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bəyanat yayıb.

Mia.az xəbər verir ki, bəyanatda bir əsrdən artıq müddətdə azərbaycanlıların ermənilər tərəfindən məqsədyönlü şəkildə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qaldıqları bildirilib.

Bəyanatda o da qeyd olunub ki, Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar bu torpaqlarda azərbaycanlıların varlığını silmək məqsədini daşıyıb:

Bildirilib ki, təsdiqlənmiş sənədlər və tarixi qeydlərin mövcudluğu bu vəhşiliklərin təkzibedilməz göstəricisidir: "Arxiv məlumatları, sağ qalanların şahid ifadələri, o cümlədən digər hüquqi sənədlər baş vermiş qətliamların miqyasını ətraflı izah edir, bu hadisələrin ayrı-ayrılıqda deyil, etnik təmizləməyə yönəldiyini və planlı şəkildə törədildiyini təsdiq edir. Bu sənədlərin təhlili törədilmiş cinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübut edir. Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməmişdir".

Seçilən
162
8
mia.az

10Mənbələr