AZ

Paytaxt ərazisində oğurluq və dələduzluq edən şəxslər saxlanılıb

Bakıda oğurluq və dələduzluq edən şəxslər saxlanılıb.

Binəqədi rayonu ərazisində yerləşən restoranların birində bir nəfərə məxsus içərisində 960 manat pul, zinət əşyası, mobil telefon, sənəd və bank kartları olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.

Operativ Media bu barədə DİN-in mətbuatt  xidmətinə istinadən xəbər verir.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, orada çalışan 18 yaşlı Ü.Şirinov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonunda bir nəfərin 4988 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı H.Vəliyevin saxlanılması da təmin edilib.

Araşdırma aparılır.

Seçilən
126
9
operativmedia.az

9Mənbələr