AZ

Azərbaycandan İspaniyaya pul köçürmələrinin həcmi

2024-cü ilin yekunlarına görə, Azərbaycandan İspaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 6 milyon 837 min ABŞ dolları təşkil edib.

Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 58,4% və ya 2 milyon 520 min dollar artıb.

İspaniyaya edilən köçürmələrin ümumi köçürmələrdəki payı 1,3 faizdir. 2023-cü ilin sonuna isə bu rəqəm 0,8% idi.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycandan İspaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 4 milyon 317 min ABŞ dolları təşkil edib.

Seçilən
66
1
fed.az

2Mənbələr