AZ

Şahmatçımız Budapeştdə birinci oldu

Şahmatçımız Azər Mirzoyev Macarıstanın paytaxtında keçirilən “SixDays Budapest March 2025” turnirində birinci yeri tutub.

"Football-plus.az" xəbər verir ki, o, qrossmeysterlərin B yarışının qalibi olub.

Son turda Çakraborti Mayank (Hindistan) ilə heç-heçə edən Mirzoyev 6,5 xal toplayıb və əlavə göstəricilərə görə digər hindistanlı Krişnanı qabaqlayıb.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı iştirak edib.

Seçilən
128
3
football-plus.az

4Mənbələr