AZ

Azərbaycan çempionatları tarixində bu nəticə 400-cü dəfə qeydə alınıb

Bakı. Trend:

Misli Premyer Liqasının XXVIII turunun son matçında “Zirə”“Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib. Bu nəticə Azərbaycançempionatları tarixində 400-cü dəfə qeydə alınıb.

Trend xəbərverir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Vurğulanıb ki, turnirdə ilk 3:0-a 1992-ci il mayın 3-də təsadüfolunub. Həmin gün “Pambıqçı” (Bərdə) “Şirvan”a (Kürdəmir) 3cavabsız qolla qalib gəlib. Çempionatın 33 illik tarixində 3:0hesabı ilə ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 65 dəfə.“Neftçi” 41, “Kəpəz” 31 dəfə üç cavabsız qola sevinib.

Gəncə təmsilçisi həm də hamıdan çox – 27 dəfə 0:3-ə üzülüb. MOİK25, “Qəbələ” 22 dəfə belə məğlubiyyət alıb.

Qeyd edilib ki, “Zirə” və “Şamaxı” üçün bu nəticə 12-ci olub.Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-cidəfə üç cavabsız qolla uduzublar.

Seçilən
121
14
az.trend.az

10Mənbələr