AZ

Türkiyə Müdafiə Nazirliyi 1918-ci il soyqırımı qurbanlarını anıb

Türkiyənin Milli Müdafiə Nazirliyi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının qurbanlarının xatirəsini ehtiramla yad edib.

“X” sosial şəbəkəsindəki paylaşımda deyilir:

“107 il əvvəl azərbaycanlı qardaşlarımız erməni quldur dəstələri tərəfindən amansız soyqırımına məruz qalıb. Onların xatirəsini dərin ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının kədərini səmimi qəlbdən bölüşürük”, - paylaşımda deyilir.

XQ

Seçilən
68
15
xalqqazeti.az

10Mənbələr