Niderland Ukrayna üçün dronların istehsalına 500 milyon avro ayıracaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukrayna və Rusiya arasındakı müharibədə pilotsuz təyyarələr mühüm rol oynayır. Onlar digər, daha ənənəvi silah sistemlərinə effektiv əlavədir” - bildirilib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Amma son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
"Cebheinfo.az"