AZ

"Fənərbaxça" - "Qalatasaray" oyununun baş hakimi məlum olub

Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyununun referisi müəyyənləşib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Hakimlər Komitəsi məlumat yayıb.

 

Məlumata görə, İstanbul derbisini Cihan Aydın idarə edəcək.

Aprelin 2-də keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Seçilən
116
3
day.az

4Mənbələr