AZ

Göyçayda kişi ögey qızına zorakılıq etdi - Polis araşdırmalara başladı

  Göyçay rayonunda kişi ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb.

Referans.az Teleqraf-a istinadən xəbər verir ki, rayon ərazisində 2009-cu il təvəllüdlü qız ögey atasının zorakılığına məruz qalıb. Bununla bağlı yetkinlik yaşına çatmayan qız polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciət əsasında qeyd olan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.  

Seçilən
143
9
referans.az

10Mənbələr