“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandanın ulduz hücumçusu Kilian Mbappedən danışıb.
Heftelik.az-ın “Diario AS”-a istinadən verdiyi məlumata görə, Karlo Ançelotti deyib ki, Mbappenin futbol tarixinin ən yaxşısı olacağını proqnozlaşdırmaq çətin işdir.
“Real Madrid”in baş məşqçisi bildirib ki, Mbappeyə Kriştiano Ronaldonun “Real”da nail olduğuna nail olmağı tövsiyyə edə bilər: “Kilianın belə bir imkanı var. Bu o deməkdir ki, o da Kriştiano kimi əfsanə olacaq”.