Rusiya Prezidenti Vladimir Putin Donald Trampla o, 2025-ci ilin yanvarında ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan bəri yalnız bir dəfə telefonla danışıb.
Parol.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinlə Tramp arasında telefon təmasları tez-tez olmur.
"Əslində, bu prezidentlik iterasiyası zamanı onların yalnız bir söhbəti olub", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Putin və Tramp arasında Kremlin bildirdiyi sonuncu telefon danışığı fevralın 12-də baş tutub. Onlar Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər, həmçinin təmasların davam etdirilməsi və şəxsi görüşün təşkili barədə razılığa gəliblər.