AZ

Evini təmir etdirmək istəyənlərə vacib xəbər

Tez-tez qonşuluqda, evimizə yaxın ərazidə aparılan tikinti-təmir işləri böyük səs-küy narahatlığa və əsəb gərginliyinə səbəb olur. Əslində, bu məsələ kifayət qədər qlobaldır. Dünyanın bir çox ölkələrində də təmir işlərindən narazı olan, mübahisələr yaşayan sakinlər var. Ona görə də həmin ölkələr yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif qanunlar müəyyənləşdiriblər.

Bəs bizdə bu problem necə həll edilir?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc vətəndaşların bu məsələdə hüquqları olduğu kimi vəzifələri də olduğunu bildirib:

"Hər bir vətəndaş öz mülkiyyətində təmir aparmaq, dəyişikliklər etmək hüququna malikdir. Lakin bunu edərkən, qonşu, yaxın və ətraf mühitin təhlükəsizliyi, asayişin qorunması birbaşa vətəndaşın vəzifəsidir. Yəni hüquqlarla bərabər, vəzifələr də mövcuddur. Bu baxımdan, əgər hər hansı bir təmir işini şirkətlər aparırsa, o zaman Fövqəladə Hallar Nazirliyinin tikinti təhlükəsizliyinə nəzarət qurumu tikinti və təmir işlərinin təhlükəsizliyinə cavabdehdir. Bu məsələdə bir çox hallarda inzibati məsuliyyət nəzərdə tutulur".

Seçilən
60
7
publika.az

9Mənbələr