AZ

Magistratura imtahanının 2-ci cəhdinə qeydiyyat başlayır

Bu gündən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat başlayır.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel 2025-ci il tarixlərində aparılacaq.

İmtahan isə mayın 11-də keçiriləcək.

Seçilən
39
2
bakivaxti.az

10Mənbələr