Azadlıq Prospektində zəncirvari qəza baş verib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 100 nömrəli avtobus 4 avtomobili əzib.
Qəza Azadlıq prospekti metrostansiyasının yaxınlığında baş verib.
Avtobusun sürücüsü əyləcin işləmədiyini iddia edib.
Qeyd edək ki, keçən il də 100 nömrəli avtobus eyni ərazidə zəncirvari qəzaya səbəb olmuşdu.