Çin, Yaponiya və Cənubi Koreya ABŞ-ın ticarət məhdudiyyətlərinə qarşı birgə mübarizə aparmaq və elektron komponentlərin qarşılıqlı tədarükünü gücləndirmək barədə razılığa gəliblər.
Editor.az bu barədə “The Standard” qəzetinə istinadla xəbər verir.
Razılaşmalara əsasən, Çin Yaponiya və Cənubi Koreya istehsalçılarından mikroçiplər almağı planlaşdırır. Bunun müqabilində Yaponiya və Cənubi Koreya yarımkeçirici istehsalında istifadə olunan xammalı Çindən idxal edəcək. Nəşr bildirir ki, bu cür əməkdaşlıq Amerika sanksiyalarından asılılığı azaldacaq.
Amerikanın “The New York Times” (NYT) qəzeti martın 31-də yazıb ki, Donald Tramp administrasiyasının təcavüzkar ticarət siyasəti və ərazi iddiaları səbəbindən ABŞ müttəfiqləri Vaşinqtona etimadı itirib.
Bloomberg-in məlumatına görə, Tramp aprelin 2-dən bütün ölkələrə qarşılıqlı gömrük rüsumları tətbiq etməyi planlaşdırır.
//Gülnarə Abasova, Editor.az