AZ

Salyanda əməliyyat: saxlanılanlar var

Salyanda

Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.

Ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Seçilən
229
50
reyting.az

10Mənbələr