İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın 5 yüksək rütbəli rəsmisi öldürülüb.
Parol.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, ölənlər arasında HƏMAS-ın Daxili İşlər Nazirliyinin baş direktoru Mahmud Əbu Vətfa və HƏMAS-ın siyasi bürosunun dörd digər üzvü var.
Bazar ertəsi gecəsi İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hava hücumlarına başlayıb. İsrail hökuməti bu addımı HƏMAS-ın hələ də Qəzzada saxladığı girovları azad etməkdən imtina etməsinə cavab olaraq atdığını bildirib.
Hava hücumları nəticəsində indiyədək 300-dən çox insan həlak olub.