AZ

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 3,4 mlrd. manatı ötüb

Dövlət

Bugünədək ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 549 mənzil satılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Məlumata görə, 53 785 ipoteka krediti verilib və 6 764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70%-ə yaxını gənclərdir.

Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumata görə, ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi - 4,7 mlrd. manat təşkil edib ki, onun da 3,3 mlrd. manatı və ya 81,4%-i dövlət xətti ilə verilmiş kreditlərin payına düşüb. Bu günə olan məlumata görə, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin həcmi 3,4 mlrd. manatı keçib.

Seçilən
109
5
xalqcebhesi.az

8Mənbələr