AZ

Dövlət Agentliyi istehlakçı hüquqlarının müdafiəsi üzrə Mentorluq Proqramına qoşulub

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyiİstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə BeynəlxalqŞəbəkənin (ICPEN) Mentorluq Proqramına qoşulub.

Trend-ə bubarədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, Mentorluq Proqramının məqsədi təşkilatın üzvlərivə tərəfdaşları arasında müvafiq sahədə təcrübə mübadiləsini təminetmək və qurumlararası ünsiyyəti asanlaşdırmaqdır.

Sözügedən proqram çərçivəsində Dövlət Agentliyi və TürkiyəRespublikasının Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi vəBazara Nəzarət Baş İdarəsi nümayəndələrinin iştirakı ilə“İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində daxil olanşikayətlər” mövzusunda onlayn formatda ilk seminar təşkiledilib.

Seminar zamanı hər iki qurumun istehlakçı hüquqlarının müdafiəsisahəsində mövcud təcrübəsi və fəaliyyətinə dair təqdimatlar nümayişetdirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə fikirmübadiləsi aparılıb. Qeyd edilib ki, istehlakçıların hüquqlarınınmüdafiəsi üzrə tənzimləyici orqanlar arasında əməkdaşlığıngücləndirilməsi istehlakçıların hüquqlarının daha effektiv şəkildəqorunmasına, bu sahədə ən yaxşı təcrübələrin paylaşılmasına şəraityaradacaq.

Mentorluq Proqramı çərçivəsində daha üç vebinarın və iki işgüzarsəfərin təşkili nəzərdə tutulub. İşgüzar səfərlər istehlakçılarınhüquqlarının müdafiəsi üzrə tənzimləyici orqanlar arasındaəməkdaşlıq, müvafiq sahədə dövlət-özəl tərəfdaşlığı, istehlakbazarının araşdırılması metodları, reklam fəaliyyətinə nəzarətvasitələri kimi mövzuları əhatə edəcəkdir.

Azərbaycan 2006-cı ildən etibarən İstehlakçıların HüquqlarınınMüdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə (ICPEN) üzvdür vətəşkilatda Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyi tərəfindən təmsil olunur.

Seçilən
55
1
az.trend.az

6Mənbələr