AZ

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnama səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycan və Vyetnam arasında hüquqi əməkdaşlıq yeni mərhələyəyüksəlib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuatxidməti məlumat yayıb.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyinümayəndə heyəti Vyetnamın Baş prokuroru Nquyen Tiyenin dəvəti iləHanoya işgüzar səfər edib.

Nümayəndə heyəti ölkəmizin Hanoydakı səfirliyinə gələrəkxalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib,Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Səfər çərçivəsində, martın 24-də Vyetnam SosialistRespublikasının Prezidenti Luonq Kuonq nümayəndə heyətini qəbuledib.

Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula görətəşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarınıVyetnamın Kommunist Partiyasının Baş katibinə və ölkə prezidentinəçatdırıb.

Prezident Luonq Kuonq dövlətimizin başçısına salamlarına görəminnətdarlığını bildirib, onların da salamlarını AzərbaycanPrezidentinə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında dost münasibətlərin təməlinin hələ1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə və1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Sovetisədrinin birinci müavini qismində Vyetnama tarixi səfəri zamanıqoyulduğu qeyd edilərək, SSRİ dövründə Azərbaycanda 5 minədəkvyetnamlının təhsil aldığı bildirilib.

Vurğulanıb ki, müstəqilliyin bərpasından sonra Prezident İlhamƏliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Vyetnam əlaqələridinamik inkişaf edib. Xüsusilə, 2014-cü ildə dövlət başçısınınVyetnama gerçəkləşdirdiyi dövlət səfərinin ikitərəflimünasibətlərin daha da möhkəmlənməsinə və etibarlı əməkdaşlıqsəviyyəsinə yüksəlməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin, Vyetnamın Baş prokuroru NquyenTiyen ilə Ali Xalq Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Görüşdə Vyetnamın Baş prokuroru Azərbaycan ilə yüksələn xətləinkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadəedib.

Prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinimüsbət qiymətləndirən Nquyen Tiyen Vyetnam xalqının çətin dövrlərdəAzərbaycan xalqı tərəfindən göstərilən dəstəyi daim yüksəkqiymətləndirdiyini və heç vaxt unutmayacağını vurğulayıb.

Xüsusilə vurğulanıb ki, 2023-cü ildə Vyetnamda Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi və Vyetnamatarixi səfərinin 40 illiyi, həmçinin Ho Şi Minin ölkəmizə səfərinin65 illiyi təntənəli qeyd edilib.

Baş prokuror Kamran Əliyev səmimi qəbula və qonaqpərvərliyə görəminnətdarlığını bildirərək, hər iki ölkə liderlərinin siyasiiradəsi sayəsində əməkdaşlığın bütün sahələrdə uğurla inkişafetdiyini qeyd edib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda,xüsusilə də prokurorluq sistemində həyata keçirilən genişmiqyaslıislahatlardan danışıb.

Baş prokuror bildirib ki, Azərbaycan ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etdikdən sonra dövlətimizin başçısı vəBirinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısıilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpaişləri həyata keçirilir.

Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi,ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin səmərəliliyi,beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hüquqi baza üzrəfikir mübadiləsi aparıblar.

Sonda Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqiəməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə AnlaşmaMemorandumu imzalanıb. Bu sənəd iki ölkənin prokurorluq orqanlarıarasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı,qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmətedəcək.

Səfər çərçivəsində, martın 25-də isə Vyetnamın Ali XalqMəhkəməsinin sədri Li Min Çi ilə ikitərəfli görüş keçirilib.

Li Min iki il əvvəl Vyetnamın Baş prokuroru olarkən KamranƏliyevlə Sankt-Peterburqdakı görüşünü xatırladıb və iki ölkəninprokurorluqları arasında imzalanmış əməkdaşlıq haqqındamemorandumun hüquq mühafizə orqanları arasında əməkdaşlıq üçüntəkan rolunu oynayacağına əminliyini ifadə edib.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevinrəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl hüquqi islahatlar barədəhəmkarını məlumatlandırıb.

Baş prokuror Azərbaycan prokurorluğunun digər dövlətlərin hüquqmühafizə, həmçinin məhkəmə orqanları ilə sıx əməkdaşlıq etdiyinibildirərək, gələcəkdə Vyetnamın Ali Məhkəməsi ilə əməkdaşlığıngenişlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasınınönəmini vurğulayıb.

Səfər çərçivəsində nümayəndə heyəti Kuannin əyalətininprokurorluğunda da olub.

Əyalətin Baş prokuroru Luonq Pfuk Son prokurorluğun fəaliyyətibarədə məlumat verərək, ölkəmizin bölgə prokurorluqları ilə təcrübəmübadiləsində maraqlı olduqlarını bildirib.

Kamran Əliyev baş prokurorluqlar arasında imzalanmış sənədinölkələrimizin region prokurorluqlarının qarşılıqlı səfərləri üçünfaydalı olacağını qeyd edib.

Görüşlərdə Azərbaycan Respublikasının Vyetnam SosialistRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadədə iştirak edib.

Azərbaycan nümayəndə heyətinin Vyetnama səfəri başa çatıb.

Baş
Baş
Baş
Məqalədə:
Seçilən
50
17
az.trend.az

10Mənbələr