AZ

10-dan çox Çin gəmisi Tayvana yaxınlaşır

10-dan

Çin Xalq Respublikası, Tayvan sahillərində "milli suverenliyin qorunması" məqsədilə genişmiqyaslı hərbi təlimlərə başlayıb. “Ulusum”.az xəbər verir ki, bu barədə Xinhua agentliyi, Çin Xalq Azadlıq Ordusunun (XPAO) açıqlamasına istinad edərək məlumat yayıb. Təlimlərə quruda, raket qüvvələri, dəniz və hava qüvvələri daxil olmaqla müxtəlif hərbi bölmələr qatılır.XPAO-nun nümayəndəsi Şi İ, təlimlərin "separatçılara ciddi xəbərdarlıq" olduğunu və ölkənin birliyinin qorunması üçün "zəruri bir addım" təşkil etdiyini bildirib.Reuters-in verdiyi məlumata görə, 10-dan çox Çin gəmisinin Tayvana yaxınlaşdığı bildirilib. Tayvan tərəfi buna cavab olaraq öz hərbi gəmilərini bölgəyə göndərib, lakin hər hansı bir döyüş atəşi qeydə alınmayıb.Təlimlər, ABŞ Müdafiə Naziri Pit Hegsetin Yaponiyaya və Filippinlərə səfərindən dərhal sonra baş verib. Bu vəziyyət fonunda, The Washington Post qəzeti xəbər verib ki, Pentaqon artıq Çin'i əsas təhdid və prioritet olaraq qəbul edir, əsas məqsəd isə Tayvanın mümkün işğalının qarşısını almaqdır.

Diqqət Çəkənlər

Dünyanın hər yerində sevilən - Tabule salatı

1 aprel bütün dünyanın güldüyü gündür

Marin Le Pen dörd il müddətinə azadlıqdan məhrum edilib

Seçilən
194
22
ulusum.az

10Mənbələr