AZ

"Çin Rusiya ilə həmişə dost olub, heç vaxt düşmənçilik etməyib" - Çin xarici işlər naziri

Çin və Rusiya heç vaxt düşmən olmayıb, onlar əbədi dostlardır. 
 
Moderator.az xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ Moskvaya etdiyi səfər zamanı bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.
 
"Heç vaxt düşmənçilik etməməli, həmişə dost olmalı" prinsipi strateji əməkdaşlığın daha yüksək səviyyədə inkişaf etdirilməsi üçün möhkəm əsasdır", - Van deyib. Nəşr qeyd edib ki, Çinin yüksək vəzifəli qonağını hətta Rusiya diktatoru Putin də qəbul edəcək.
 
Dostluq zəmanətlərindən əlavə, Van Moskva ilə Vaşinqton arasındakı münasibətlərin istiləşməsindən məmnun olduğunu bildirib. "Bu, böyük güclər arasında qüvvələr balansının sabitləşməsinə kömək edir və ümid yaradır, çətin beynəlxalq vəziyyətdə nikbinlik verir", - o,  deyib.
 
Çin naziri həmçinin Trampın Rusiyanı Çin əleyhinə yönəltməyə çalışdığı ideyasını rədd edib, belə fikirləri "köhnəlmiş qarşıdurma və blok düşüncəsinin təkrarı" olaraq qınayıb.
 
Ukraynada sülh məsələsi
 
Van bildirib ki, Ukraynada atəşkəs danışıqları artıq müəyyən nəticələr verib və baxmayaraq ki, baxışlarda və döyüş meydanındakı çətin vəziyyətdə fərqliliklər var, bu danışıqların davam etməsi vacibdir.
 
"Barışa doğru atılan addım, böyük olmasa da, konstruktivdir və onu inkişaf etdirmək lazımdır. Sülhün olmadığı yerdə ağrı yoxdur, fayda yoxdur. Onu əldə etmək üçün əzmlə işləməlisiniz", - Van fikirlərini ifadə edib.
 
O, əlavə edib ki, sülh sazişi bütün tərəflər üçün məcburi və qəbul edilə bilən olmalıdır və Pekinin Ukraynada müharibənin dayandırılmasında öz rolunu oynamağa hazır olduğunu təkrarlayıb.
 
"Biz böhran səbəblərinin dialoq və danışıqlar vasitəsilə aradan qaldırılmasını, nəticədə bütün tərəflər üçün qəbul edilə bilən ədalətli, uzunmüddətli, məcburi sülh sazişi əldə etməyi dəstəkləyirik", - nazir bildirib.
 
Qeyd edək ki, Pekin Braziliya ilə birgə Ukraynadakı müharibənin dayandırılması planını təklif edib, amma onların ideyaları dəstək almayıb.
 
Çin və Rusiya 2022-ci ilin fevralında Putin Ukraynaya hücum etməzdən bir neçə gün öncə "məhdudiyyətsiz" strateji tərəfdaşlıq elan edib.
 
Bu ilin əvvəllərində isə məlum olub ki, 2024-cü ilin yekunlarına görə, Çin ilə Rusiya arasında ticarət rekord səviyyəyə çatıb. İxrac və idxal həcmi 232 milyard avroya bərabərdir.
Seçilən
226
50
moderator.az

10Mənbələr