AZ

“Hinduşkabaş” sözü ilə məşhurlaşan direktor işdən çıxarıldı

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.

Heftelik.az  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bildirilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Qeyd edək ki, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia ediblər. Müəllimlər bildiriblər ki, onlar direktor onları valideynlərin yanında təhqir edir, “dərs dilənçiləri”, “hinduşkabaş” deyir.

İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.
Müəllimlər bildiriblər ki, üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər.
Məsələ ilə bağlı direktor bildirmişdi ki, əməliyyat olunduğu üçün hazırda işləmir. Əlavə edib ki, məktəb məcburi köçkünlərin və aztəminatlı ailələrin məskunlaşdığı ərazidə yerləşdiyi üçün rüşvətdən söhbət gedə bilməz.
Seçilən
248
47
heftelik.az

10Mənbələr