AZ

Kiyev Brüsseldən 3,5 milyard avro tranş alıb

Ukraynaya ümumi maliyyə yardımı artıq 19,6 milyard avroya çatıb.

Ukrayna Kiyevə makromaliyyə yardımı proqramı çərçivəsində Avropa Komissiyasından 3,5 milyard avro həcmində daha bir tranş alıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

"Avropa Komissiyası növbəti tranş olaraq Ukraynaya 3,5 milyard avro köçürüb", - o, teleqram kanalında bildirib.

Onun sözlərinə görə, proqram çərçivəsində ümumi maliyyə yardımı artıq 19,6 milyard avroya çatıb.

 

Seçilən
48
14
operativmedia.az

10Mənbələr