AZ

Bu 3 bürc apreldə evliliyə daha yaxındır - Subayların DİQQƏTİNƏ!

  Baharın gəlişi təkcə təbiəti deyil, insan münasibətlərini də canlandırır. Aprel ayı romantika və yeni başlanğıclar üçün ideal dövr hesab olunur. Astroloqlar hesab edir ki, bəzi bürclər bu ayda sevgi həyatında dönüş nöqtəsi yaşayacaq, bəziləri isə gözlənilməz evlilik təklifi və ya nişanlanma xəbəri alacaq. Avropa və Şərq astroloqlarının fikrincə, bu ay ən çox evlilik təklifi alma ehtimalı olan 3 bürc var. Əgər siz də bu bürclərdənsinizsə, hazır olun – sevgi dolu sürprizlər qapınızı döyə bilər.

Evlilik həyatına qədəm qoyacaq 3 bürcü təqdim edir:

Qoç 

Qoçlar aprel ayının ən parlaq ulduzlarıdır. Bürcün idarəçi planeti Mars olduğu üçün onlar sevgi həyatında da enerjili və qətiyyətlidirlər. Şərq astroloqları hesab edir ki, bu aprel qoçlar üçün gözlənilməz evlilik təklifləri və ciddi münasibətlərin başlanğıcı ilə yadda qalacaq. Əgər bir qoç subaydırsa, bu ay onları ciddi niyyətlərlə yaxınlaşan biri gözləyir. Onlar üçün sürprizlər və romantik anlar bol olacaq.  

Buğa 

Buğa bürcü üçün sevgi hər zaman ciddi məsələ olub. Aprel onların romantik həyatında xüsusi bir dövr ola bilər. Avropa astroloqlarına görə, buğalar uzunmüddətli münasibətlərini rəsmi hala gətirmək üçün bu ay ciddi addımlar ata bilərlər. Həmçinin, tərəfdaşları tərəfindən uzun zamandır gözlədikləri evlilik təklifini almaq ehtimalları çox yüksəkdir. Güvən və sədaqət onların münasibətində ön plandadır və bu ay onların sevgi həyatı daha da möhkəmlənəcək.  

Əqrəb 

Əqrəblər sirli və ehtiraslı bürclərdir. Onların sevgi həyatı heç vaxt sakit keçmir. Şərq astroloqlarının fikrincə, aprel əqrəblər üçün sürprizlərlə dolu olacaq – ani və gözlənilməz evlilik təklifləri alma ehtimalı yüksəkdir. Xüsusilə uzun müddətdir münasibətdə olan əqrəblər üçün bu ay hər şey dəyişə bilər. Əgər subay bir əqrəb varsa, o da həyatının eşqi ilə tanış olub, ciddi münasibətə qədəm qoya bilər./ Yenisabah.az  

Seçilən
168
50
referans.az

10Mənbələr