AZ

Şimali Koreya körpü vasitəsilə bu ölkəyə birləşəcək

Rusiya ilə Şimali Koreya arasında 4 kilometrlik körpünün tikintisinə başlanacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora danışıb.

“Hazırda tərəflər layihə sənədlərini yekunlaşdırır, tikinti qrupları formalaşdırır və lazımi avadanlıqları yığırlar”, - deyə o bildirib.

Körüpünün tikintisinin 2026-cı ilin sonuna qədər tamamlanacağı gözlənilir.

Məlumata görə, körpü Şimali Koreyanın şimalı ilə Rusiyanın şərqi arasında əlaqə yaradacaq. 

Körpü 1959-cu ildə açılmış mövcud “Dostluq körpüsü” dəmir yolu xəttinin yaxınlığında yerləşəcək (ölkə.az).

Seçilən
28
1
avtosfer.az

2Mənbələr