Braziliya millisinin heyətində futbol üzrə ikiqat dünya çempionu olan Kafu Qazaxıstana gəlib.
Publika.az xəbər verir ki, orada əfsanəvi braziliyalı “Meta Sport Forum” və “Metaratings Top Awards”da çıxış edəcək.
İki mötəbər tədbir ərəfəsində Kafu Qazaxıstanın görməli yerlərini – Medeo yüksək dağ konkisürmə meydançasını və Şımbulak xizək kurortunu ziyarət edib. O, Braziliya millisinin forması ilə fotosessiya etdirib, ziyarətçilərlə şəkil çəkdirib və pərəstişkarlarına avtoqraf verib.
Kafu Qazaxıstanda tək olmayacaq. O, həmyerlisi və keçmiş komanda Roberto Karlosla birlikdə Almatıda keçiriləcək tədbirlərdə iştirak edəcək.