AZ

İsrail ABŞ-dan gələn bütün mallara idxal rüsumlarını ləğv edəcək

İsrail ən böyük ticarət tərəfdaşı olan ABŞ-dan gələn mallara bütün idxal rüsumlarını ləğv edəcəyini açıqlayıb.

ABŞ avtomobil idxalına 25% rüsum tətbiq edəcək

FED.az xəbər verir ki, İsrailin Baş Nazirinin Ofisi, Maliyyə Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinin birgə bəyanatına görə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət ABŞ-dan gələn məhsullara tətbiq edilən bütün gömrük rüsumlarını ləğv etmək qərarına gəlib.

Bəyanatda həmçinin qeyd olunub ki, 1985-ci ildə ABŞ ilə imzalanan azad ticarət müqaviləsi ilə İsrail hazırda bu ölkədən idxal edilən malların əksəriyyətinə (təxminən 99 faiz) gömrük rüsumları tətbiq etmir.

ABŞ-dan idxal edilən məhsulların vergidən azad edilməsi əvvəlcə qida və kənd təsərrüfatı kateqoriyalarında məhdud sayda məhsulla başlayacaq.

Daha sonra bütün məhsullara tətbiq ediləcək. (Apa)

Seçilən
43
4
fed.az

5Mənbələr