Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbiri nəticəsində 1 nəfərə (uşaq) müvafiq köməklik göstərilib.