AZ

Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib

Əməkdar

Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib.“Ulusum”.az xəbər verir ki, bu barədə Mətbuat Şurasından bildirilib.“Şuranın İdarə Heyətinin üzvləri “Səs” qəzetinin veteran yazarı Valeh Məhərrəmlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirlər”, - məlumatda bildirilir.V.Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildə “Səs” qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub. Onun çoxillik əməyi “Tərəqqi” medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb.Allah rəhmət eləsin!

Diqqət Çəkənlər

Volkan Konak Musiqinin Ulu Səsi - Son Veda

AKP-nin tanınmış nümayəndəsi Burhan Abiş vəfat edib

TƏBİB: Bayram günlərində 52 mindən çox müraciət olub

Seçilən
143
15
ulusum.az

10Mənbələr