ABŞ-nin demokrat senatoru Kori Buker Donald Trampın siyasətinə etiraz olaraq Senatda 25 saatdan çox fasiləsiz çıxış edərək "Senat tarixində ən uzun çıxış" rekordunu qırıb.
"Cebheinfo.az" xəbər verir ki, bazar ertəsi yerli vaxtla saat 19:00-da ABŞ Senatının Baş Assambleyasında çıxışına başlayan və 25 saat 4 dəqiqə sonra tamamlayan demokrat senator Buker ölkə gündəminə çevrilib. ABŞ mediası tərəfindən də canlı yayımlanan çıxışında Tramp administrasiyasının büdcə ixtisarlarını, federal idarədəki işdən çıxarmalarını və Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) bağlı büdcə azaltma əməliyyatlarını uzun müddət tənqid edən Buker, rekord qırdı.
Buker sosial təminat, “Medicaid” və immiqrasiya da daxil olmaqla, milli gündəmdəki bütün əsas məsələlərə toxunan açıqlamalar verdi. Heç bir qanunvericilik işinə mane olmadığı və heç bir qadağanı pozmadığı üçün danışmasına mane olmayan Buker Senatın Baş Assambleyasının fasilə verib dağılmaması üçün kürsüdən heç vaxt ayrılmadı. Onun 25 saat 4 dəqiqə davam edən çıxışı "Senat tarixinin ən uzun çıxışı" olaraq qeydə alınıb və Buker məqsədinin Trampın "yanlış siyasətlərinə" diqqət çəkmək olduğunu bildirib.
Xatırladaq ki, ABŞ Senatında indiyə qədər edilən ən uzun çıxışı 2003-cü ildə vəfat etmiş senator Strom Turmond 1957-ci ildə Mülki Hüquqlar Aktına qarşı 24 saat 18 dəqiqəlik çıxışı idi.