Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsi davam edir.
TƏHSİL.BİZ xəbər verir ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 6 aprel saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.
Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.
Müsabiqə üzrə ümumi məlumat və qeydiyyat:
VəzifəMüsabiqə üzrə məlumatQeydiyyatÜmumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçıMüsabiqə elanı
Qeydiyyat linki
Ümumi təhsil müəssisələrində laborantMüsabiqə elanı
Qeydiyyat linki
Ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəriMüsabiqə elanı
Qeydiyyat linki
Məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiriMüsabiqə elanıQeydiyyat linki