AZ

Azərbaycanda metaldan konstruksiyalar istehsalı 30%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 920 ton metaldankonstruksiyalar istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 948 ton və ya 31,9% çoxdur. Belə ki, ötən ilin ilk ikiayında ölkədə 2 972 ton metaldan konstruksiyalar istehsalolunub.

2025-ci ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 10 871ton təşkil edib.

Qeyd edək ki, metallurgiya sənayesi və hazır metalməmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-fevralaylarında 190,9 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlkiilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesiməhsullarının istehsalında 5,9%, hazır metal məmulatlarınınistehsalı sahəsində isə 9,0% azalma müşahidə olunub.

2025-сi ilin yanvar-fevral aylarında metallurgiya sənayesi üzrəalüminium məmulatlarının istehsalı 13,1%, hazır metalməmulatlarının istehsalı sahəsi üzrə izolyasiyası olmayançoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə11,2% azalıb.

Məqalədə:
Seçilən
110
4
az.trend.az

5Mənbələr