AZ

Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 30 nəfəri ötüb

Cənubi Koreya tarixində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə, daha 8 nəfər ağır, 36 nəfər isə yüngül xəsarət alıb.

Meşə yanğınları, həmçinin 4 mindən çox evə, 2 minə yaxın kənd təsərrüfatı və heyvandarlıq obyektinə, 7 məbədə və digər 986 tikiliyə zərər vurub.

Ölkənin 11 rayonunda təqribən 48 min hektar meşə sahəsinin yandığı, nəticədə 3307 nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir.

Seçilən
77
2
xalqqazeti.az

3Mənbələr