AZ

Məktəbli sinifdə fişəng PARTLATDI – 9 uşaq YARALANDI

Məktəbli sinif otağında pirotexniki vasitə partladıb, 9 uşaq yaralanıb.

İnterpress.az xəbər v erir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.

Moskva yaxınlığındakı İstrada bir məktəbli sinif otağında fişəng partladıb, 9 uşaq xəsarət alıb.

İki nəfər həkim tərəfindən yoxlanılıb, yeddi nəfər təcili yardımla aparılıb. 11 yaşlı qız tüstü və qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
162
interpress.az

1Mənbələr