Bakı. Trend:
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham ƏliyevəRamazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Trend xəbərverir ki, məktubda deyilir:
"Zati-aliləri Prezident İlham Əliyev.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqınasəmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluqduyuruq.
Uca Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanxalqına davamlı tərəqqi və firavanlıq diləyirik.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahişedirəm".