Bakı. Trend:
“Ese Agro” QSC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadiZonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olanHacıqabul Sənaye Parkının rezidenti statusu verilib.
Bu barədə Trend-ə İZİA-dan məlumat verilib.
Bildirilib ki, şirkət tərəfindən sənaye parkının ərazisində almavə nar konsentratlarının emalı, eləcə də nar şirəsinin istehsalızavodunun qurulması nəzərdə tutulur.
"İnvestisiya dəyəri 9,4 milyon manat olan layihə çərçivəsində 15nəfər daimi işlə təmin ediləcək.
Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışıilə yanaşı, ixracı da planlaşdırılır", - məlumatda vurğulanıb.