Avstraliyada COVID-19 virusunun yeni “LP.8.1” variantı yayılmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “SBS News” məlumat yayıb.
Bildirilib ki, ilk dəfə 2024-cü ilin iyulunda Avstraliyada aşkar edilən "LP.8.1" variantı sürətlə yayılır. Qeyd edilib ki, "LP.8.1" simptomları digər variantlarla müqayisədə yüngüldür.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvar ayında "LP.8.1" variantının qlobal yayılması səbəbindən nəzarət altında olduğunu elan etmişdi.