AZ

İlham Əliyev Somali ilə Bakıda imzalanmış sazişi təsdiqlədi

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, saziş 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanıb.

DOĞRU.AZ

Seçilən
174
17
dogru.az

10Mənbələr