ABŞ-dan Yaponiyaya uçan turistin çamadanında unutduğu silahla ölkəyə girdiyi məlum olub.
Publika.az xəbər verir ki, 73 yaşlı Rend Alan Peterson adlı şəxsin iki fərqli ölkədə hava limanı nəzarətindən problemsiz keçə bilməsi təhlükəsizlik pozuntularının müzakirəsinə səbəb olub.
Hyoqo prefekturasının polisindən əldə edilən məlumata görə, həmin şəxs ABŞ-ın Havay əyalətindəki “Daniel K. Inouye” Beynəlxalq Hava Limanından təyyarəyə minərək martın 22-də Kansai hava limanından Yaponiyaya daxil olub.
Martın 23-də Hyoqo prefekturasındakı Kobe limanında gəmiyə minən şəxs gəmi rəsmiləri ilə əlaqə saxlayıb və səhvən silahını gətirdiyini bildirib. Məlumatdan sonra polis silahı götürüb və şübhəli turisti odlu silahlara nəzarət qanununu pozduğuna görə saxlayıb.