AZ

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevətəbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Dəyərli qardaşım.

Bütün müsəlman ümmətinin böyük sevinc və fərəhlə qeyd etdiyimüqəddəs Ramazan bayramı münasibətilə Sizə və qardaş Azərbaycanxalqına səmimi-qəlbdən təbriklərimi və ən xoş arzularımıçatdırıram.

Qardaş Özbəkistan və Azərbaycan xalqları əsrlər boyu səxavət vəmərhəmət rəmzi kimi dəyərləndirdikləri bu möhtəşəm bayramısəbirsizliklə gözləyir və böyük sevinc hissi ilə qeyd edirlər.

Sizinlə birgə apardığımız sistemli işlər və nümayiş etdirdiyimizqəti siyasi iradə nəticəsində dost ölkələrimiz arasında çoxşaxəlivə uzunmüddətli əməkdaşlığı strateji tərəfdaşlıq və müttəfiqliksəviyyəsinə qaldırmağımızın xalqlarımızın ən böyüknailiyyətlərindən biri olduğunu xüsusi qeyd etmək istəyirəm.

Allahın rəhmət və məğfırətinin bol olduğu, qəlblərimizin ilahinurla dolduğu bu xoşbəxt və mübarək günlərdə Sizə möhkəmcansağlığı, ailə səadəti və məsuliyyətli dövlətçilikfəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isəəmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram".

Seçilən
107
18
az.trend.az

10Mənbələr