AZ

Xarici dövlət rəsmisinə Bakıya səfərində sui-qəsd planlaşdıran əcnəbilərə hökm oxundu

Bakı. Trend:

Xarici dövlət rəsmisinə Bakıya səfərində sui-qəsd planlaşdıranəcnəbilərin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Trend xəbər verir ki, bu günBakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyiilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, xarici ölkə vətəndaşları Yazdan Shenas KhalesHossein Ramezanali və Javidanhelan Ehsan Hossein hər biri 10 ilmüddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, xarici ölkə vətəndaşları Yazdan Shenas KhalesHossein Ramezanali və Javidanhelan Ehsan Hossein 2023-cü ilin mayayının 31-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyatakeçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Yazdan Shenas Khales Hossein Ramezanali və Javidanhelan EhsanHossein Azərbaycana əfsanə motiv altında gələrək, digər xaricidövlət rəsmisi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşınınAzərbaycan Respublikasına növbəti səfəri zamanı Bakı şəhərində onaqarşı sui-qəsd (terror aktı) törətməyə hazırlıq hərəkətlərindəittiham olunurlar.

Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28(cinayətə hazırlıq), 277-ci (Dövlət xadiminin və ya ictimai xadiminhəyatına sui-qəsd etmə) maddələri ilə ittiham elan olunub.

Məqalədə:
Seçilən
123
9
az.trend.az

10Mənbələr