66 yaşlı norveçli Rolf Nordmo münasibətdə olduğu 29 yaşlı kişi hokkeyçi Yanne Puhakkanın qətlinə görə ömürlük həbs cəzası alıb.
Gundem.az xəbər verir ki, bu barədə "Expressen.se" məlumat yayıb.
Nordmo ov tüfəngi ilə Puhakkaya iki dəfə atəş açıb. Qətlin səbəbinin qısqanclıq olduğu bildirilir.
Yanne bir neçə dəfə qohumlarına Rolfdan ayrılmaq istədiyini bildirib. Qətldən bir ay əvvəl o, Nordmoya başqası ilə görüşdüyünü etiraf edib. "O qeyd etdi ki, əgər onların münasibətləri bitsə, bu, yalnız bir şəkildə bitə bilər", - Yannenin bacısı mart ayında keçirilən məhkəmə iclasında deyib.
2022-ci ildə nəşr olunan kitabında Yanne ABŞ-da çıxış etdiyi müddətdə norveçli baytarla tanış olduğunu qeyd edib. Bu, 2013-cü ildə baş verib.
Qeyd edək ki, finlandiyalı Yanne Puhakka karyerasını 2018-ci ildə başa vurub.