Sumqayıtda küçədə kişi meyiti tapılıb. Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. 1950-ci il təvəllüdlü İsfəndiyar Qurban oğlu Mehdiyevin meyiti küçədə aşkarlanıb. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.