AZ

"Qalatasaray" "Fənərbaxça"ya qalib gəldi, mərhələ adladı

style='margin-bottom:10px;'>

Türkiyə kubokunda 1/4 final mərhələsi davam edir.

QOL.az xəbər verir ki, bu gün yarışın daha 2 yarımfinalçısı müəyyənləşib.

“Əvvəlcə Trabzonspor” öz meydanında “Bodrumspor”u məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.

Digər oyunda isə "Qalatasaray" "Fənərbaxça"nın qonağı olub. Superliqada çempionluq uğrunda da mübarizə aparan komandaların matçında "Qalatasaray" qalib gəlib və mərhələ adlayıb - 2:1.

Qeyd edək ki, ötən gün 2-ci liqa təmsilçisi "İsgenderunspor"u 3 cavabsız qolla məğlub edən "Konyaspor" yarımfinala yükəslib.    

2 aprel

Türkiyə kuboku
1/4 final

18:45. “Trabzonspor” – “Bodrumspor” - 3:2

Qollar: Banza, 3, Eskihellaç, 21, Zubkov, 98 - Süleymanov, 15, Bardi, 20

21:45. “Fənərbaxça” – “Qalatasaray” - 1:2

Qollar: Şimanski, 45+1 - Osimhen, 10, 27-pen

3 aprel

21:30. "Beşiktaş" - "Göztepe"

Seçilən
97
1
teleqraf.com

2Mənbələr