AZ

Evi sökülən sakin: "Tikinti şirkəti otağın bir hissəsini uçurub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Nəsimi rayonunda vətəndaşa məxsus evin bir neçə gün öncə tikinti şirkəti tərəfindən söküldüyü iddia edilir.
Oxu.Az ATV-yə istinadən məlumat verir ki, ev sahibi Aysel Mirkərimli bildirib ki, evdə heç kim olmadığı zaman tikinti şirkəti otağın bir hissəsini uçurub.
Onun sözlərinə görə, ev atasının adına olub və ölümündən öncə evi qızına vəsiyyət edib.
Məsələ ilə bağlı ərazidə tikinti işləri aparan "Pilot-16" MMC tikinti şirkətinin nümayəndəsi Elvin Qasımov bildirib ki, ev A.Mirkərimliyə deyil, onun qardaşına məxsus olduğundan ödənişlər qardaşının hesabına köçürülüb. Evdə söküntü işlərini isə qardaşı aparıb.
Ətraflı süjetdə:
Seçilən
276
50
oxu.az

10Mənbələr